Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Xaçmazın ecazkar təbiəti rayonda turizmin inkişafı üçün geniş perspektivlər açır

Bakı, 10 fevral (AZƏRTAC). Kiçik Qafqazın ətəklərində, Xəzərin sahilində, Samur-Abşeron ovalığında yerləşən Xaçmaz rayonu ecazkar təbiəti ilə şöhrət qazanmışdır. Tarixən füsunkar gözəlliyi, mülayim iqlimi, bərəkətli torpağı, yaşıl, sıx meşələri, çınqıllı-daşlı çayları, şəfalı bulaqları, qədim abidələri, təkrarsız mənzərələri bu diyara yolu düşən səyyahları, turistləri və digər qonaqları heyran etmişdir. Qədim tarixə malik Xaçmazın müasir görkəmi də buraya turist axınının güclənməsinə əlavə stimul verir. Rayon ərazisindəki meşələr, parklar, xiyabanlar, muzeylər, nadir memarlıq üslubunda inşa edilmiş binalar və tarixi abidələr göz oxşayır.

Bu gün 156 min nəfər əhalisi olan Xaçmaz rayon kimi 1930-cu ildə formalaşmışdır. Hazırda 1.046 kvadratkilometr ərazisi olan Xaçmaz rayonunun tabeliyində 2 şəhər, 12 qəsəbə, 136 kənd, 28 inzibati ərazi vahidi, 70 bələdiyyə vardır. Rayonun ərazisində 22 xalqın və etnik qrupun nümayəndələri tolerantlıq şəraitində, necə deyərlər, bir ailənin üzvü kimi yaşayırlar. Xaçmazın təbii meşə örtüyü, bol sulu çayları, süni gölləri, termal və mineral bulaqları, dəniz sahili boyu uzanan ərazisi həmişə turistləri cəlb etmişdir.

Hazırda rayon ərazisində 60-dək tarix və mədəniyyət abidəsi mövcuddur. Qədim zamanlardan bu regionda əhalinin sıx məskunlaşdığını əsas götürən arxeoloqların fikrincə, rayon ərazisində hələ də aşkara çıxarılmamış onlarla qədim tarixi abidə vardır. Mollabürhan, Qaracik, Həsənqala kəndləri yaxınlığında tunc dövrünə aid insan məskənlərinin və kurqanların, Canaxır və Bostançı kəndlərinin yaxınlığında orta əsrlərə aid yaşayış sahələrinin aşkar edilməsi deyilənlərə əyani sübutdur. Şıxlar kəndi ərazisində XV əsrə aid edilən Şeyx Yusif məscidi memarlıq-məqbərə komplekslərinin yarandığı ilk dövrə aiddir. Bu ərazidə sonralar – XVI-XVII əsrlərdə bu cür komplekslər daha geniş yayılmağa başlamışdır. Moruqoba, Taqaroba, Uzunoba kəndlərindəki XIX əsrə aid məscidlər, Qaraqurtlu kəndində isə XV əsrdə inşa olunmuş məscid və mədrəsə bugünümüzədək salamat qalmışdır.

Bu gün Xaçmaz rayonu zəngin tarixi mədəniyyət abidələri ilə yanaşı, əsrarəngiz təbiəti ilə də turizm mərkəzi kimi inkişaf etməyə layiqdir. Rayonun Nabran-Yalama zonası Xəzər dənizi sahilində yerləşən kreaktiv təyinatlı ən böyük istirahət mərkəzidir. Bu zonanın maraqlı cəhəti ondan ibarətdir ki, qumsal çimərlikdən dərhal sonra qalın meşə başlayır. Bəzi yerlərdə dənizin şor sulu dalğaları ağacların gövdəsini döyəcləyir. Təbiətin bu möcüzəsi buraya gələn turistləri cox təəccübləndirir. Onları bir məsələ maraqlandırır: necə olur ki, şor dəniz suyu ağacları qurutmur? Əslində, bu yerlərin sakinləri üçün sualın cavabı çox sadədir. Məsələ burasındadır ki, meşədən axan çoxsaylı yeraltı şirin sulu bulaqlar dəniz suyunun şorluğunu mütəmadi olaraq yuyur, duzlu suyun bitki örtüyünə və ağaclara ziyan vurmasına imkan vermir.

Bütün bunlar Xaçmaz rayonunda turizmin inkişafı üçün geniş imkanların mövcudluğundan xəbər verir.

Ölkəmizdə, o cümlədən Xaçmaz rayonunda turizm infrasturukturunun yaranması və inkişafı ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Heç kəsə sirr deyildir ki, Azərbaycan ötən əsrin 50-60-cı illərində SSRİ-də iqtisadi cəhətdən ən zəif inkişaf etmiş respublikalardan biri kimi tanınırdı. Ümummilli liderimiz 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayandan dərhal sonra respublikamız xalq təsərrüfatının bütün sahələri üzrə güclü inkişaf yoluna qədəm qoydu. Dövlət səviyyəsində qəbul edilmiş bir çox qərarlarda kütləvi turizmin təşkili, bu işin təkmilləşdirilməsi və şəbəkənin genişləndirilməsi, turist-ekskursiya işinin mühüm xidmət sahəsinə çevrilməsi və s. ön plana çəkildi. Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə o illərdə bir sıra regionlarda geniş quruculuq və abadlıq işləri aparıldı. Həmin illərdə Xaçmaz rayonunun Nabran istirahət zonasında da 400 yerlik turizm bazası fəaliyyətə başladı.

1980-ci illərin əvvəllərində regionda turizmin inkişafına dair bir sıra qərarlar qəbul edilsə də, sonralar Mixail Qorbaçovun hakimiyyətə gəlməsi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlaması nəzərdə tutulan layihələrin reallaşmasına maneələr yaratdı. Yalnız Heydər Əliyevin müstəqil Azərbaycanda hakimiyyətə qayıdışı sayəsində bu sektorun varlığına yeni nəfəs gəldi.

` Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci ili respublikamızda “Turizm ili” elan etməsi, bu sahənin inkişafına dair yeni Dövlət Proqramının hazırlanması digər bölgələrdə olduğu kimi, Xaçmaz rayonunda da turizmin inkişafı ilə bağlı fəallığı daha da artırmışdır.

Xaçmaz Rayon Turizm və İnformasiya Mərkəzinin direktoru Vasif Əhmədov AZƏRTAC-a bildirmişdir ki, Prezident İlham Əliyev 2006-cı il iyulun 26-da rayonda olarkən regional turizm mərkəzinin açılışında iştirak etmiş, mərkəzə xeyir-duasını vermiş, kollektivimizə ən xoş arzularını bildirmişdir. Bu qayğı və diqqət bizi daha yaxşı işləməyə, rayonda turizmi daha yüksək templə inkişaf etdirməyə ruhlandırmışdır.

Son illər turizm obyektlərinin genişləndirilməsi, turistlərə göstərilən xidmətin mədəni səviyyəsinin yüksəldilməsi rayonun istirahət yerlərinə axını artırmışdır. Hazırda rayonda fəaliyyət göstərən “Kaspian sea”, “Atlant”, “Palma”, “Malibu”, “Oberlyuks”, “Qrinvill”, “Çobanbulaq” və digər istirahət kompleksləri buraya gələn qonaqların rahatlığını təmin edən və Avropa standartlarına cavab verən turist mərkəzləri kimi formalaşmışdır. Ötən il burada 99 min 426 nəfər yerli və xarici turist istirahət etmişdir.

Bu il istirahət mərkəzlərində rayon mədəniyyət və turizm şöbəsi ilə birgə yerli incəsənət ustalarının, pəhləvanların iştirakı ilə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılmışdır. Mart ayında bütün istirahət mərkəzləri işçilərinin iştirakı ilə üçgünlük konfrans keçiriləcəkdir. Bu tədbirin məqsədi mövcud problemləri, inkişaf perspektivlərini öyrənmək, ekoloji mühitin sağlamlaşdırılması məsələlərini gündəmə gətirməkdir.

Mərkəzin direktoru deyir: Rayonumuzda turizm sektorunun böyük gələcəyi vardır. Füsunkar təbiəti, nadir relyef quruluşu, son illər aparılan abadlıq və quruculuq işlərinin səviyyəsi, turistlərə göstərilən xidmətin mədəni səviyyəsinin üstünlüyü yerli və xarici qonaqların buraya təkrar səfərlərinə şərait yaradır. Bu il də mərkəzimiz tərəfindən turizm marşrutu paketləri, tarixi abidələrə, dini inanc ocaqlarına, muzeylərə, təbiətin qoynuna və yaxın rayonların görməli yerlərinə turist marşrutları hazırlanacaqdır. Turizmin inkişafı üçün ən əsas meyar isə, şübhəsiz, göstərilən yüksək səviyyəli mədəni xidmətlə yanaşı, həm də dünyanın müxtəlif ölkələrindən buraya gələn xarici turistlərə Azərbaycanımızı, o cümlədən rayonumuzu yaxından tanıtmaqdır.

Teymur Xaspoladov

AZƏRTAC-ın müxbiri

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB VİDEO