REGİONLAR
Xaçmazlı gənc doğum gününü seçki məntəqəsində qeyd etdi VİDEO
Xaçmaz, 1 noyabr, Elxan Yusifli, AZƏRTAC
Səsvermədə ilk dəfə iştirak edən Xaçmaz rayonunun Arzu qəsəbəsinin sakini Aytac Əhmədova seçki məntəqəsində xoş sürprizlə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, noyabrın 1-də doğum gününü qeyd edən Aytac Əhmədovanı 55 saylı Xaçmaz şəhər seçki dairəsinin 36 saylı məntəqəsində gül dəstəsi ilə qarşılayıblar.
Xoş sürprizə görə minnətdarlığını bildirən gənc seçki gününə təsadüf edən ad gününün yaddaşında ən unudulmaz an kimi qalacağını deyib.
Qeyd edək ki, 835 seçicinin qeydiyyatda olduğu məntəqədə ilk dəfə səs verən gənclərin sayı 12 nəfərdir.
Ümumiyyətlə, 55 saylı Xaçmaz şəhər seçki dairəsi üzrə parlament seçkilərində 445 nəfər ilk dəfə səs vermək hüququna yiyələnib. Bu dairədə Aytac Əhmədovla ilə yanaşı, daha bir gənc də seçki günü doğum gününü qeyd edir.