REGİONLAR


Xaçmazlı gənclər hərbi xidmətə böyük ruh yüksəkliyi ilə yola düşüblər VİDEO

Xaçmaz, 13 yanvar, Elxan Yusifli, AZƏRTAC

Xaçmazlı gənclər hərbi xidmətə böyük ruh yüksəkliyi ilə yola düşüblər.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında ölkəmizin hər yerində olduğu kimi, Xaçmazda da gənclərin həqiqi hərbi xidmətə çağırışı uğurla davam edir.

Yanvarın 13-də gənclərin hərbi xidmətə yola salınması münasibətilə Heydər Əliyev parkında keçirilən tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar və valideynlər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.

Mərasimdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xaçmaz rayon şöbəsinin rəisi Asif Nemətov, rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, müharibə veteranları, valideynlər ordu quruculuğu sahəsində qazanılan uğurlardan söhbət açıblar. Gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmaq, ölkəmizin ərazi bütövlüyünü şərəflə qorumaq, hərb işinin sirlərinə mükəmməl yiyələnmək tövsiyə olunub.

Qeyd edilib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri ən müasir hərbi texnikaya, güclü maddi-texniki bazaya və mükəmməl döyüş hazırlığına malik bir ordudur. Bu ordu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Ötən ilin aprel ayında qeydə alınan döyüşlər də bunun bariz sübutudur.

Hərbi xidmətə yola düşən gənc çağırışçılar Vətənə layiqli övlad kimi xidmət edəcəklərinə söz veriblər.

Çıxışlardan sonra çağırışçı gənclər dövlət bayrağı və “Qurani Kərim” kitabının altından keçərək yüksək əhval-ruhiyə ilə hərbi xidmətə yollanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.