REGİONLAR


Xaçmazlı təsərrüfatçılar Türkiyə və Hollandiyadan gətirilən pomidor sortları yetişdirirlər

Xaçmaz, 23 may, Elxan Yusifli, AZƏRTAC

Ölkəmizin əsas tərəvəzçilik rayonlarından olan Xaçmazda pomidor əkini yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, rayonun təsərrüfatçıları 3 min hektara yaxın ərazidə pomidor əkiblər. Mart ayından istixana şəraitində yetişdirilən pomidor şitilləri mayın 20-dək açıq sahələrə köçürülüb.

Rayonun Aşağı Zeyid kəndi bu tərəvəzin daha çox əkildiyi yerlərdəndir. Bu il kənddə 100 hektara yaxın sahədə pomidor əkilib. Fermer Şahbaz Məmmədov da uzun illərdir ki, təsərrüfatında pomidor əkib-becərir. Təsərrüfatçı bildirir ki, bu il Türkiyə və Hollandiyadan gətirilən pomidor sortlarının əkilməsinə üstünlük veriblər. Bu sortlar həm xəstəliklərə dözümlüdür, həm də görünüşü və dadı yaxşıdır. Yığımdan sonra 10-15 gün saxlamaq mümkündür.

Məhsul yetişənədək təsərrüfatçılar pomidor sahələrində aqrotexniki işləri mərhələli şəkildə həyata keçirəcəklər. Fermerlər əkindən sonra 2-3 dəfə şitillərin dibini yumşaltmalı, sahələr üzvi və mineral gübrələrdən istifadə olunmaqla, 10-12 dəfə suvarılmalıdır.

Xaçmazlı fermerlər pomidor yığımına iyul ayının birinci ongünlüyündə başlayacaqlar. Məhsul yığımı iki ay davam edəcək.

Xaçmazda yetişdirilən pomidor yerli bazarlarda satılmaqla yanaşı, qonşu Rusiyaya da göndərilir.

Ötən il rayonda 2 min 750 hektar pomidor sahəsindən 70 min 120 ton məhsul toplanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.