MƏDƏNİYYƏT


Xalça Muzeyində “Ailə günü”

A+ A

Bakı, 25 sentyabr, AZƏRTAC

Azərbaycan Xalça Muzeyində “Açıq qapı” günü çərçivəsində “Ailə günü” adlı tədbir təşkil olunub.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbir valideynlər ilə uşaqlar arasında ümumi maraqları birləşdirmək, ünsiyyəti möhkəmləndirmək və ən əsası ailələrə ölkəmizin mədəniyyət və incəsənətini tanıtmaq məqsədilə keçirilib. İştirakçılara valideyn-övlad, qadın-kişi münasibətlərinin yaxşılaşdırılması ilə bağlı bir-birindən maraqlı proqramlar təqdim olunub. Həmçinin memar Elçin Əliyev uşaqlara Abşeron memarlığının tarixindən danışıb.

Sonra uşaqlar Bakı-Abşeron abidələrindən birininin rəsmini çəkiblər. Ən yaxşı 5 rəsm əsərinin müəllifinə mükafatlar təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Xalça Muzeyində “Ailə günü” tədbirinin hər ayın son şənbəsi “Açıq qapı” günü çərçivəsində saat 11:00-dan 19:00-dək keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.