MƏDƏNİYYƏT
Xalça Muzeyində “Azərbaycan özü bir tarix” adlı tədbir keçiriləcək
Bakı, 27 may, Aynur İsmayılova, AZƏRTAC
Mayın 28-də Azərbaycan Xalça Muzeyində Uşaq Muzeyi şöbəsinin 28 May - Respublika gününə həsr edilmiş “Azərbaycan özü bir tarix” adlı tədbir keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə Xalça Muzeyinin elmi işçisi Rəsmiyyə Qarayeva 28 May -Respublika gününün xalqımızın tarixindəki əhəmiyyətindən söhbət açacaq.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin Təhsil məsələləri üzrə müşaviri Abdulqafur Böyükfırat və digər qonaqların çıxışları gözlənilir.
Sonda Uşaq Muzeyi şöbəsinin dərnək üzvləri Azərbaycan Xalq Cümhuriyyəti qurucularının aforizmlərdən ibarət kompozisiya təqdim edəcək, vətənpərvərlik mahnıları ifa edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:45]
Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında
- 26.04.2024 [15:15]
Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək
- 26.04.2024 [15:11]
Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək
- 26.04.2024 [12:38]
AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli
- 26.04.2024 [12:35]
Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək
- 26.04.2024 [11:53]
Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb
- 26.04.2024 [11:47]