MƏDƏNİYYƏT


Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində tədbir təşkil olunub

A+ A

Bakı, 26 oktyabr, AZƏRTAC

Oktyabrın 26-da Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində parça, tikmə və milli geyimlərin bərpası üzrə mühazirələr və ustad dərslər təşkil olunub. Tədbir UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.

Muzeyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, parça, tikmə və milli geyimlərin bərpası “Azərbaycanın mədəni sərvəti” layihəsinin bir proqramıdır. Proqramın məqsədi bu sahə üzrə yeni kadrların yetişdirilməsi və muzeydə müasir, beynəlxalq standartlara cavab verən bərpa mərkəzinin yaradılmasıdır.

Dərslər Almaniyanın Drezden Dövlət İncəsənət Kolleksiyasının parça, tikmə və geyim üzrə bərpaçı-mütəxəssisi Kristina Müller-Radloff tərəfindən keçirilir.

Qeyd edək ki, xanım Müller-Radloff 1982-2009-cu illərdə Leypsiq Etnoqrafiya Muzeyində, 2010-cu ildən etibarən isə Drezden Dövlət İncəsənət Kolleksiyasında tekstil konservatoru vəzifəsində çalışır. O, bir sıra təşkilat və müəssisələr tərəfindən keçirilmiş təlimlərdə iştirak etmiş və dünyanın bütün qitələrindən olan tekstil kolleksiyalarının bərpası və konservasiyası ilə məşğuldur.

Parça, tikmə və milli geyimlərin bərpası üzrə mühazirələr və ustad dərsləri noyabrın 1-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.