MƏDƏNİYYƏT
Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində ustad dərsləri davam edir
Bakı, 22 noyabr, AZƏRTAC
Azərbaycan Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində parça tikmə və milli geyimlərin bərpası üzrə mühazirələr və ustad dərsləri davam edir. Dərslər UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçirilir.
Muzeydən AZƏRTAC-a bildirilib ki, parça, tikmə və milli geyimlərin bərpası “Azərbaycanın mədəni sərvəti” layihəsinin bir proqramıdır. Proqramın məqsədi bu sahə üzrə yeni kadrların yetişdirilməsi və muzeydə müasir, beynəlxalq standartlara cavab verən bərpa mərkəzinin yaradılmasıdır. Bu dəfə ustad dərsləri Rusiyanın Bərpa üzrə Dövlət Elmi-Tədqiqat İnstitutunun yüksək dərəcəli bərpaçı-rəssamları Sofya Martyanova və Yuliya Xrebtova tərəfindən aparılacaq.
Qeyd edək ki, 41 gün davam edəcək ustad dərsləri və mühazirələrdə Azərbaycanla yanaşı, Almaniya, Qazaxıstan və Rusiyadan dəvət olunmuş mütəxəssislər də iştirak edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:06]
“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub
- 19.04.2024 [15:52]
Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...
- 19.04.2024 [15:37]
Əməkdar incəsənət xadimi Məmmədağa Umudovla görüş
- 19.04.2024 [14:28]
Naxçıvanda “Sazlı, sözlü kəlağayı günləri” silsilə tədbirlərlə davam edib
- 19.04.2024 [12:52]
“Cırtdan” balacaları Şuşa Teatrında qarşılayacaq
- 19.04.2024 [11:41]
AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov
- 19.04.2024 [11:31]
İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında
- 19.04.2024 [11:14]