MƏDƏNİYYƏT


Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində ustad dərsləri keçirilir

A+ A

Bakı, 5 noyabr, AZƏRTAC

Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində parça, tikmə və milli geyimlərin bərpası üzrə mühazirələrə və ustad dərslərinə başlanılıb. Dərslər UNESCO üzrə Azərbaycan Milli Komissiyası və Xalça Muzeyinin birgə təşkilatçılığı ilə reallaşıb.

Muzeydən AZƏRTAC-a bildirilib ki, parça, tikmə və milli geyimlərin bərpası “Azərbaycanın mədəni sərvəti” layihəsinin bir proqramıdır. Proqramın məqsədi bu sahə üzrə yeni kadrların yetişdirilməsi və muzeydə müasir, beynəlxalq standartlara cavab verən bərpa mərkəzinin yaradılmasıdır.

Ustad dərsləri milli tikmələr üzrə qırğızıstanlı mütəxəssis Güljan İreş tərəfindən aparılacaq. 41 gün davam edəcək ustad dərsləri və mühazirələrdə Almaniya, Qazaxıstan və Rusiyadan dəvət olunmuş mütəxəssislər də iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.