MƏDƏNİYYƏT


Xalça Muzeyində Dövlət Bayrağı Günü qeyd olunacaq

A+ A

Bakı, 5 noyabr, AZƏRTAC

Noyabrın 6-da Azərbaycan Xalça Muzeyinin uşaq muzeyi şöbəsi tərəfindən Dövlət Bayrağı Günü münasibətilə “Mənim bayrağım” adlı tədbir keçiriləcək.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə şöbənin dərnək üzvlərinin əl işləri nümayiş olunacaq, həmçinin Avropa Liseyi şagirdlərinin ifasında bayraq gününə aid mahnılar və şeirlərdən ibarət ədəbi musiqili kompozisiya təqdim ediləcək.

Tədbirin təşkil olunmasında məqsəd uşaqlara və gənclərə tariximiz, adət-ənənələrimiz və dəyərlərimiz haqqında geniş məlumatlar verməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.