Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Xalça və ya kovrolin alarkən nələri bilmək vacibdir?

Xalça və ya kovrolin alarkən nələri bilmək vacibdir?

Bakı, 21 sentyabr, AZƏRTAC

Hər bir istehlakçı satışdan xalça, kovrolin, kilim, linoleum və sair döşəmə örtüklərini alarkən onların keyfiyyəti ilə bağlı bəzi məqamları aydınlaşdırmalıdır. Bu baxımdan xalça və kovrolin alarkən bilməli olduğumuz zəruri məlumatları qeyd etmək yerinə düşər.

İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, xalça və ya kovrolin aldıqda istehlakçı onların hansı otaqda istifadə edilməsini, interyerin xüsusiyyətlərini, otaqda gediş-gəlişin intensivliyini, ekolojı tələbləri və s. mütləq nəzərə almalıdır. Bu malları seçərkən model, forma və keyfiyyət baxımından diqqətli olmaq vacibdir. İstehlakçı qərarında yanılmamaq üçün onları hansı otağa görə seçdiyini əvvəlcədən müəyyən etməlidir. Bundan başqa, xalça alarkən birinci növbədə, onu diqqətlə yoxlayın, sapların keyfiyyətinə, ilmələrin sıxlığına, rəng çalarlarına fikir verin. Xalçanın hansı növ xovlu (qalın tüklü və yumşaq) və yaxud xovsuz (nazik və şumal) olmasına, hansı sapdan hazırlanmasına, qalınlığına və sıxlığına diqqət yetirin. İlmələrin sıxlığı onların yüksək keyfiyyətli olmasına dəlalət edir.

Kovrolinlər isə istehsal üsuluna, lifin materialına, xovun tipinə görə bir-birindən fərqlənir. İstehsal üsuluna görə kovrolin toxunulmuş və toxunulmamış olur. Kovrolinin hazırlanmasında müxtəlif materiallardan, əsasən yun, polipropilen, poliamiddən istifadə edilir.

Yun lifli kovrolinlər yumşaqlığını, elastikliyini, rəngini və strukturunu uzun illər qoruyub saxlayır, ekoloji göstəriciləri yüksəkdir, yanğına davamlıdır. Yundan olan kovrolinlər daha keyfiyyətli, gözəl və cəlbedici olurlar. Lakin onların satış qiymətləri kifayət qədər baha olur.

Məişətdə poliamid və polipropilen kimi sintetik liflərdən hazırlanmış xalça örtüklərdən də geniş istifadə olunur. Poliamid davamlılığına görə ən yüksək sintetik materialdır. Ondan hazırlanmış xalça örtükləri hərəkətin daha çox olduğu dəhlizlərdə, zallarda və başqa yerlərdə istifadə olunur. Bəzi hallarda yun lifli kovrolinlərin davamlılığını və istifadə müddətini uzatmaq üçün onlara poliamid və polipropilen əlavə edilə bilər. Polipropilenin davamlılığı poliamiddən aşağı olsa da çirklənməyə daha davamlı olur.

Kovrolinin də digər döşəmə örtükləri kimi bir sıra üstünlükləri və çatışmaz cəhətləri var. Kovrolinin otağa rahatlıq və hərarət verməsi, səs keçirməməsi onun üstün cəhətlərindəndir. Plintus vasitəsi ilə bərkidilmiş kovrolin döşəmənin üstündə sürüşmür və onu istənilən növ döşəmə üzərində (beton, parket, lamınat və s.) istifadə etmək olar. Çatışmayan cəhətləri sırasında isə yüksək dərəcədə toz yığmasını, allergiyası olanlara mənfi təsir göstərə bilməsini qeyd etmək olar.

Hazırda satışda müxtəlif qiymət və keyfiyyətdə xalça və kovrolin tapmaq mümkündür. Amma bu malların uzunmüddətli istifadə üçün alındığını nəzərə alaraq keyfiyyətli olanını seçmək tövsiyə olunur. Mal alarkən zəmanətlə satılan xalça örtüklərinə üstünlük verin. Eyni zamanda, bu məhsulları alarkən satıcıdan qəbz, kassa çeki almağı unutmayın. Bu, sizi satışdan sonra yarana biləcək çətinliklərdən sığortalayacaq, malda qüsur ortaya çıxdığı zaman istehlakçı hüquqlarınızın qorunmasına imkan verəcək.

Məlumat almaq hüququnuzdan istifadə edin və bu məhsullarla bağlı satıcıdan bilmək istədiklərinizi soruşun. Satıcı tərəfindən istehlakçıya malın adı, istehlak xüsusiyyətləri, istifadə qaydaları, istehsalçı, malın standartları və hansı tələblərə cavab verməsi haqqında dolğun məlumat verilməlidir. Bu məlumatda, həmçinin istehlakçıya malın zəmanət müddəti, etibarlılıq və istifadə müddəti haqqında məlumat əksini tapmalıdır. Xalça alarkən satıcıdan sertifikat tələb edin.

Xalçaların saxlanılmasına da diqqət edilməlidir. Xalça saxlanan yerlər təmiz, quru və işıqlı, havanın nisbi rütubəti isə ən çox 60-65 faiz olmalıdır. Məişət şəraitində xalçanı yayda yığışdırmaq üçün onu bükmək lazımdır. Heç bir halda xalçanı dördqat qatlamayın. Əks halda xalçanın xovu əzilər və bürüşər. Xalçanı uzun müddət üçün bükərkən güvəyə qarşı vasitələrdən istifadə etmək lazımdır. Xalçaların vaxtında təmizlənməsi onun istifadə müddətini artırır.

Bir daha bildiririk ki, hər bir istehlakçı bu məhsulları alarkən qeyd olunanları nəzərə almalı və hüquqlarının müdafiəsində aktiv olmalıdır. Əgər bu məhsulların satışı zamanı hər hansı qanun pozuntularına rast gəlsəniz, dərhal aidiyyəti üzrə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edin.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Yaradıcı müzakirələr” layihəsinə qeydiyyat başlayıb

Qazaxıstanlı politoloq: Cənubi Qafqaz regionunun əhəmiyyəti artır

Azərbaycanda narkotikdən yaranan davranış pozuntularına görə dispanser nəzarətində olanların sayı açıqlanıb

Qərbi Azərbaycan İcması professor Lemkinin adından sui-istifadə edilməsini sərt şəkildə qınayıb

İİTKM informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edəcək

Tahir Mirkişili: Azərbaycan son dövrlərdə kiberhücumlara ən çox məruz qalan ölkələr sırasındadır

Taleh Kazımov: Azərbaycanda sığorta sisteminin İT sahəsində kadr potensialının artırılması prioritet məsələlərdəndir

Katarakta əməliyyatı zamanı ABŞ istehsalı olan linzaların xərcləri icbari tibbi sığorta ilə qarşılanır

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi keçirilir

Rusiyalı qonaq Ədəbiyyat Muzeyində olub

BMT-nin Yerli Əhalinin Problemləri üzrə Daimi Forumu keçirilir

Naxçıvanda bu ilin yanvar-mart ayları ərzində 2052 çıxarış verilib

Çempionlar Liqası: “Barselona” PSJ-ni, “Borussiya” “Atletiko Madrid”i qəbul edəcək

Hərbi təhsil müəssisələrinə qəbulla bağlı maarifləndirici görüşlər keçirilib

Avtoyuma məntəqəsindən avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Ötən illərlə müqayisədə yollarda ölüm və xəsarətlə nəticələnən qəzaların sayında kəskin azalma müşahidə edilib

İnterpol tərəfindən axtarışda olan şəxs İstanbulda saxlanılıb

Gənclər Kitabxanasında Ramiz Mirişliyə həsr olunan sərgi hazırlanıb

Qarğıdalı sahəsini dolu vurdu, 90 min manata yaxın aqrar sığorta ödənildi

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub YENİLƏNƏCƏK

Fövqəladə Hallar Nazirliyi təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsini aradan qaldırıb

Çexiyada bir həftədə 1500-ə yaxın insan göy öskürəyə yoluxub

Dövlət qulluğu vəzifələri üzrə sertifikat əldə edilməsi üçün qeydiyyat başlanıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək

ƏÜO istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib

Dünya birjalarında neft bahalaşıb

DİN: Xankəndidə 27 avtomat və digər silah-sursat aşkarlanıb

DİN: Qanunsuz odlu silahlar təhvil götürülüb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Cəbrayılda minalar aşkar edilib VİDEO

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Çinin ümumi daxili məhsulu 5,3 faiz artıb

Cari ilin üç ayında yol-nəqliyyat hadisələrində 33 nəfər ölüb, 72 nəfər xəsarət alıb

ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi iki qəzaya səbəb olub

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qriplə allergiyanın fərqi

Naftalanda narkotik satan və alan şəxslər saxlanılıblar

Zevsin mağarası və Artemida məbədinin məkanı - Quşadası

Rusiyanın neft emalı zavodlarının PUA zərbələrinə məruz qalması neftin qiymətinə təsir edəcək

Üç ayda Qəbələdə 6,2 milyon manatlıq sənaye məhsulu ixrac olunub

“Coral Reef Watch”: Mərcan rifləri dördüncü qlobal rəngsizləşmədən əziyyət çəkirlər

İtaliyadakı G7-lərin iclasında müharibələrə son qoyulması üzrə səylər müzakirə olunacaq

Yaponiya sahillərində zəlzələ baş verib

Baş məşqçi: Gənc boksçularımızı təkmilləşdirmək niyyətindəyik

Qızıl medal qazanan boksçu: Heç bir döyüşdə çətinlik çəkmədim

Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub

Avropa çempionatında qızıl medal qazanan Azərbaycan boksçuları Vətənə qayıdıblar

BMT-nin Vyana bölməsində beyin inkişafının əhəmiyyətinə həsr olunmuş tədbir keçirilib

Kanadada “Türk irsi ayı” münasibətilə tədbir təşkil olunub

Miqren üçün yeni müalicə ümidi: Həb olaraq alınacaq dərman İngiltərədə istifadə olunmağa başlayır

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı ilk solo konsert təqdim olunacaq

Meksika mətbuatı: Qərb Ermənistan vasitəsilə Cənubi Qafqazı parçalayır

Rafael Nadal uzun fasilədən sonra tennis kortuna qayıdacaq

"Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı metodik vəsaitin təqdimatı keçirilib

Amerika Yazıçılar Gildiyasının mükafatı təqdim edilib

Tbilisidə etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Şirvanda Zərifə xanım Əliyevanın mənalı ömür yoluna həsr olunan sərgi açılıb

Britaniyanın Baş naziri İran və İsraili təmkinli olmağa çağırıb

Antoni Blinken: İsrailin müdafiəsini dəstəkləməyə və regiondakı şəxsi heyətimizi müdafiə etməyə davam edəcəyik

Hakan Fidan Türkiyədə səfərdə olan Con Bass ilə bölgədəki son hadisələri müzakirə edib

Azərbaycanın xarici işlər naziri Özbəkistan Prezidenti ilə görüşüb

Praqada azərbaycanlı müəllifin əsərinin premyerası keçirilib

Bəhruz Məhərrəmov: Sabitlik adası olmaq, təbii ki, Azərbaycanın qalibiyyətinin nəticəsidir

Sudana humanitar yardım konfransı

Çində ən böyük ticarət sərgisi olan “Kanton” işə başlayıb

Xəzər və Binəqədi rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Tbilisidə parlamentin binası önündə aksiya keçirilib

Yaylaqlara köç edəcək təsərrüfat rəhbərləri üçün mina təhlükəsizliyinə dair təlimlər keçiriləcək

Moldova Texniki Universitetinin rektoru AzTU-nun nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan və Antonio Quterreş arasında telefon danışığı olub

“COP tələbləri: İqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı müqavimət” adlı tədbir keçirilib

Azərbaycan həndbol çempionatı: “Kür” liderliyini möhkəmləndirib

AzTU nümayəndə heyəti Moldovada beynəlxalq konfransda iştirak edib

AMEA rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib

Bayram günlərində Türkiyənin tarixi məkanlarını 1,7 milyon insan ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün maarifləndirmə tədbirləri keçirib

® “Baku Steel Company” QSC Düsseldorfda Azərbaycanı təmsil edir

Arif Əsədov: Reysi səhv saldığımız üçün Bakıya qatarın yük yerində gəlmişdik

Fransa İsrail ordusunun səsləndirdiyi məlumata düzəliş edib

QS-nin regional direktoru: UNEC öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırır

“Özbək və Azərbaycan filologiyasının aktual məsələləri” - beynəlxalq konfrans

“Kapital Bank”dan mükafatlarla dolu “50 gün, 50 hədiyyə” lotereyası

“Beynəlxalq humanitar əməliyyatlarda iştirakın hüquqi əsasları və etik normalar” mövzusunda kurs keçirilib

“Barselona”nın futbolçusu: Xəyallarımın komandasında olduğuma görə xoşbəxtəm

Yaponiyalı alimlər ağız gigiyenası ilə ürək arasında əlaqə aşkarlayıb

Cenevrədə Beynəlxalq Novruz Gününə həsr edilmiş tədbir keçirilib

Rafael Nadal Barselonada keçiriləcək turnirdə iştirakını təsdiqləyib

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi başlanır

Xorvatiyada keçirilən simpoziumda Azərbaycanın azad edilmiş ərazilərində mövcud mina problemindən danışılıb

İmişlidə iki nəfərin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanılıb

Qırğız parlamentinin sədri uşaqlara ərəb adları qoymaqdan imtina etməyə çağırıb

Azərbaycanın sosial sahədə e-xidmətləri qabaqcıl rəqəmsal təcrübə kimi təqdim edilib

Gürcü ekspert: “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi maliyyə şəffaflığını nəzərdə tutur

“Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası; hüquqi aspektlər” kitabının qırğız dilində təqdimatı keçirilib

Maştağa, Nardaran və Bilgəh qəsəbələrində yeni içməli su təchizatı infrastrukturları yaradılır

Yüksək Liqa: “Azərreyl” yarımfinalın ilk görüşündə MOİK-i məğlub edib

Bu ilin ilk rübündə informasiya və rabitə xidmətlərinin həcmi 10 faizdən çox artıb

“Paris-2024”: Oyunların açılış mərasiminin əlavə variantları açıqlanıb

Ramazan bayramında avtovağzallardan 43 mindən çox sərnişin daşınıb