MƏDƏNİYYƏT


Xalçaçılıq sənətinin təbliği məqsədilə ilk təlim

Bakı, 5 iyun, AZƏRTAC

Quba rayonunda fəaliyyət göstərən “Xalça Dünyası Assosiasiyası” İctimai Birliyi “Xalçaçılıq sənətinin təbliği məqsədilə müxtəlif tədbir və aksiyaların təşkili” layihəsi çərçivəsində ilk təlimini keçirilib.

AZƏRTAC xəbər verir ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunub.

Təlimdə İctimai Birliyin sədri Fatimət Ağamirzəyeva layihə və onun məqsədindən söhbət açılıb.

F.Ağamirzəyeva xalqımızın əsrlər boyu qoruduğu və yaşatdığı qədim sənət növü olan xalçaçılıq tarixi, bu sənətin öyrənilməsi, unudulmaqda olan xalça naxışları haqqında ətraflı məlumat verib.

Sonra xanımlara xalçaların toxunma qaydaları nümayiş etdirilib və onların xalça toxuma texnikasına diqqət yetirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.