REGİONLAR


Xaldan kənd uşaq musiqi məktəbi Tərtərdə konsert proqramı ilə çıxış edib

Tərtər, 21 iyun, AZƏRTAC

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki mədəniyyət müəssisələri arasında əlaqələr genişlənir.

AZƏRTAC xəbər verir ki, regional idarənin Yevlax şəhər nümayəndəliyinin tabeliyində olan Xaldan kənd uşaq musiqi məktəbi Tərtər rayon uşaq musiqi məktəbində konsert proqramı ilə çıxış edib.

Regional idarənin Yevlax şəhər üzrə nümayəndəsi Rafiq Məmmədov və Tərtər rayon üzrə nümayəndəsi Gündüz Mürsəlov çıxış edərək, nümayəndəliklər arasında əlaqələrin qurulmasının əhəmiyyətini yüksək qiymətləndiriblər. Bildirilib ki, uşaq musiqi məktəbləri arasında qarşılıqlı əməkdaşlıq 2017-ci ilin yanvar ayından tədris planına salınıb. Məqsəd əlaqələr quraraq, qabaqcıl iş təcrübəsini inkişaf etdirməkdir.

Sonra musiqi məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə konsert proqramı təşkil olunub. Xor kollektivinin, vokal və rəqs qruplarının, xanəndəlik, fortepiano və tar siniflərinin şagirdlərinin ifaları maraqla qarşılanıb.

Mədəniyyət müəssisələri arasında qarşılıqlı əlaqə və təcrübə mübadiləsi bundan sonra da davam etdiriləcək

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.