Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Xalid Əbdüləziz Əl Falih: “SAAB”, “Maaden” kimi nəhəng şirkətləri Azərbaycana investisiya qoymağa həvəsləndirəcəyik

Xalid Əbdüləziz Əl Falih: “SAAB”, “Maaden” kimi nəhəng şirkətləri Azərbaycana investisiya qoymağa həvəsləndirəcəyik

Bakı, 27 aprel, AZƏRTAC

Bakıda səfərdə olan Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.

-Cənab nazir, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında enerji sahəsində əlaqələrin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Ümumiyyətlə, bu əməkdaşlığın səviyyəsi sizi qane edirmi?

-Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi tamam olur. Bu illər ərzində ölkələrimiz arasında əməkdaşlığın möhkəm təməli qoyulub. Səudiyyə Ərəbistanı, eyni zamanda, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Azərbaycan təbii resurslarla zəngindir. Biz geniş və səmərəli əməkdaşlıq qurmağa nail olmuşuq. Bu əlaqələr siyasi, iqtisadi sahələri əhatə etməklə, getdikcə daha da genişlənir. Biz Azərbaycan ilə əməkdaşlıqdan məmnunuq və ümid edirik ki, bu əlaqələr gələcəkdə daha geniş məcrada inkişaf edəcək. Enerji sahəsində əməkdaşlığımızın gücləndirilməsi hər iki tərəfə fayda verəcək.

-Sizcə, Saudi Aramco və SOCAR-ın birgə layihələrdə iştirakı nə dərəcədə real görünür?

-Bu sahədə əməkdaşlıq uğur vəd edir. Saudi Aramco və SOCAR aparıcı şirkətlərdir. Əminəm ki, hər iki şirkət yeni investisiya kanalları açmaqla, fəaliyyətlərini genişləndirə biləcək. Saudi Aramco və SOCAR-ın birgə layihələrdə iştirakı tamamilə realdır və qarşıda heç bir maneə görünmür. Bu yaxınlarda SOCAR-ın prezidenti Rövnəq Abdullayevin Səudiyyə Ərəbistanına səfəri də bu baxımdan faydalı oldu.

-Qeyri-OPEC ölkəsi olan Azərbaycanın neft hasilatının azaldılması təşəbbüsündə iştirakını necə qiymətləndirirsiniz?

-Azərbaycan OPEC və qeyri-OPEC ölkələri arasında neft hasilatının azaldılmasına dair razılıq əldə olunmasında açar rolunu oynadı və öhdəliklərinə tam əməl etdi. Bizim hər bir beynəlxalq layihədə ortaq anlaşmamız mövcuddur. Bu anlaşma Xəzər regionu və Yaxın Şərqin maraqlarına xidmət edir. Səudiyyə Ərəbistanı Azərbaycanın bu mövqeyini yüksək qiymətləndirir. Biz belə qənaətə gəldik ki, neft istehlakçıları yalnız istehsalçıların istəklərindən faydalana bilər. Bizim ehtiyatlarımız balanslaşdırılıb.

Ötən ilin sonunda tərəfdaşlarımızla məsləhətləşmələr apardıq. Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Ölkəniz neft hasilatında liderliyini qoruyub saxlayır. Səudiyyə Ərəbistanı da gündəlik neft hasilatını azaltmaq öhdəliklərinə sadiqdir. Biz qlobal inventorları orta beş illik səviyyəsinə gətirməliyik. Bununla bağlı qərar mayın 24-25-də Vyanada keçiriləcək görüşdə bəlli olacaq.

Azərbaycan əsas neft istehsalçılarındandır və Səudiyyə Ərəbistanından daha öncə neft istehsal edib. Ölkənizin mövqeyi bizim üçün olduqca önəmlidir. Neft bazarının gələcəyinə nikbin yanaşıram və ümid edirəm ki, atdığımız birgə addımlar bazarda tarazlıq yaranmasına gətirib çıxaracaq.

-Səudiyyə Ərəbistanı şirkətləri Azərbaycanın qeyri-neft sektorunda layihələrə maraq göstərirlərmi?

-Səudiyyə Ərəbistanı və Azərbaycan bir çox sahələrdə ortaq dəyərləri paylaşır. Bizim zəngin irsimiz, mədəniyyətimiz, dəyərlərimiz var. Biz, eyni zamanda, təbii resurslardan xeyli dərəcədə asılıyıq. Odur ki, iqtisadiyyatı şaxələndirməyə, yeni sahələr yaramağa ehtiyacımız var. Səudiyyə Ərəbistanı 2030-cu ilə hesablanmış proqram irəli sürüb. Bu layihə iqtisadiyyatın şaxələndirilməsini, qeyri-neft sənayesini əhatə edir. Biz azərbaycanlı həmkarlarımızla bir araya gələrək bu layihənin icrası ilə bağlı təcrübə mübadiləsi aparacağıq. Hər iki ölkə təcrübə mübadiləsindən faydalana bilər. Səudiyyə Ərəbistanı Azərbaycanın qeyri-neft sektoruna investisiya yatırmağa hazırdır. Biz “SAAB”, “Maaden” kimi nəhəng ərəb şirkətlərini Azərbaycana investisiya qoymağa həvəsləndirəcəyik.

Bundan əlavə, ölkənizin kənd təsərrüfatı məhsullarının Səudiyyə Ərəbistanına ixrac edilməsi növbəti addımlardan biri olacaq. Biz Azərbaycanın alüminium sahəsindəki təcrübəsini də öyrənməkdə maraqlıyıq. Bunun üçün qarşılıqlı səfərlərin, görüşlərin keçirilməsi olduqca vacibdir. Bizim çoxsaylı özəl müəssisələrimiz, sahibkarlarımız onlara daha çox gəlir gətirə biləcək ölkə və məkan axtarışındadırlar. Düşünürəm ki, təhlükəsiz ölkə olan Azərbaycan bu sahədə yaxşı modeldir. Ümidvarıq ki, bizim şirkətlər Azərbaycana gələrək iqtisadiyyatın və sənayenin şaxələndirilməsinin bir hissəsi olacaqlar.

Anar Rzayev

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub

® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək