Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Xalid Əhədov: Xarici öhdəliklərin restrukturizasiya prosesinin ABB-nin müştərilərinə hər hansı şəkildə təsiri yoxdur

Xalid Əhədov: Xarici öhdəliklərin restrukturizasiya prosesinin ABB-nin müştərilərinə hər hansı şəkildə təsiri yoxdur

Bakı, 16 may, AZƏRTAC

Ötən həftə ölkənin iqtisadi gündəmi üçün son dərəcə diqqətçəkən bir xəbər yayıldı. Regionun ən böyük bankı olan "Azərbaycan Beynəlxalq Bankı"nın xarici öhdəliklərinin könüllü restrukturizasiyasına başlanması elan olundu. Sadə dildə desək, bu dövlət bankının xarici borcları birbaşa dövlətə ötürüləcək və həmin borcları Azərbaycan dövləti ödəyəcək.

Belə bir addımda məqsəd nədir? Bu qərar nələrə təsir göstərə bilər? "Azərbaycan Beynəlxalq Bankı"nın İdarə Heyətinin sədri Xalid Əhədov AZƏRTAC-ın suallarını cavablandırıb.

- Xalid müəllim, bu məsələ müxtəlif çevrələrdə hələ də müzakirə olunmaqdadır. Elə biz də söhbətə konkret sözdən başlamaq istərdik: Niyə restrukturizasiya?

- "Azərbaycan Beynəlxalq Bankı"nın xarici öhdəliklərinin restrukturizasiyası ölkənin maliyyə sektoru üçün çox önəmli proses olduğundan yerli və beynəlxalq mətbuatın məsələyə bu qədər diqqət ayırması anlaşılandır. Ən böyük bankların belə dəfələrlə tətbiq etdiyi restrukturizasiya nədir, əvvəlcə bunun mahiyyətini qısaca izah edim. Hər bir bankın var aktivləri, var aktivlərin mənbəyi olan öhdəlikləri və bir də var aktivlərlə öhdəliklər arasındakı fərqdən ibarət olan kapitalı. Əgər bankın kapital çatışmazlığı yaranırsa, ya aktivlərlə bağlı, ya öhdəliklərlə bağlı, yaxud eyni vaxtda bunların hər ikisi ilə bağlı nələrsə etmək lazımdır ki, kapital mövqeyi düzəlsin. Son illər "Azərbaycan Beynəlxalq Bankı"nda baş verənlər barədə cəmiyyət kifayət qədər məlumatlıdır. Bütün bunlar, eləcə də dünya bazarında neftin qiymətinin ucuzlaşması və bunun ölkəmizin makroiqtisadi vəziyyətinə ziyanlı təsirləri bankın maliyyə durumuna əhəmiyyətli şəkildə təsir göstərib. Nəticədə, bank 2016-cı ili zərərlə başa vurub. Ona görə də bankın xarici öhdəliklərinin restrukturizasiya edilməsi məsələsi gündəmə gəlib. Könüllü restrukturizasiya qərarı bu fəsadın aradan qaldırılmasına, "Azərbaycan Beynəlxalq Bankı"nın kapital mövqeyinin güclənməsinə hesablanmış bir qərardır.

Əgər bankın sağlamlaşdırılması proqramı ilkin mərhələdə yalnız aktivlər tərəfində tədbirləri nəzərdə tuturdusa (söhbət 2015-2016-cı illərdə bankın 10 milyard manatlıq toksik aktivinin Aqrarkredit təşkilatına ötürülməsindən gedir) - indi ikinci mərhələ olaraq öhdəliklər tərəfində də tədbirlər həyata keçirilir. Yəni, bankın xarici kreditorlar qarşısındakı öhdəlikləri bankın balansından çıxarılaraq dövlətin balansına keçirilir. Beləliklə, bir tərəfdən aktivlərlə bağlı tədbirlər, digər tərəfdən öhdəliklərlə bağlı tədbirlər "Azərbaycan Beynəlxalq Bankı"nın kapital səviyyəsinin bərpasını təmin edəcək.

Bu, dünyada bankların sağlamlaşdırılması zamanı tətbiq edilən üsullardan biridir. İki cür restrukturizasiya forması var: məcburi və könüllü. Məcburi restrukturizasiya, adından da göründüyü kimi, ödəmə qabiliyyətini tam itirmiş bankların tənzimləyici orqanın qərarı ilə məcburi şəkildə bu prosesə başlamasıdır.

Könüllü restrukturizasiya isə bankın kreditorları ilə qarşılıqlı razılıq əsasında həyata keçirilən və bankın güclənməsinə xidmət edən bir prosesdir. Son onillikdə, xüsusilə qlobal maliyyə böhranı zamanı ayrı-ayrı ölkələrin ABŞ-ın, Böyük Britaniyanın, İrlandiyanın və s. praktikasında bank öhdəliklərinin könüllü restrukturizasiyası effektiv nəticələr verib. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Fərmanına əsasən sağlamlaşdırma prosesi keçən "Azərbaycan Beynəlxalq Bankı"nın da sağlamlaşdırılmasının növbəti mərhələsi kimi məhz bu təcrübədən istifadə olunacaq.

-Yerli müştəriləriniz bu restrukturizasiya prosesindən nə gözləməlidirlər?

Xarici öhdəliklərin restrukturizasiya prosesinin "Azərbaycan Beynəlxalq Bankı"nın müştərilərinə, hüquqi və fiziki şəxslərin bankdakı vəsaitlərinə, onların bankla əlaqədar istənilən fəaliyyətinə hər hansı şəkildə təsiri yoxdur. Çünki xarici öhdəliklərin restrukturizasiyası prosesi onları əhatə etmir. Hətta deyərdim ki, bu, müştərilərimizin faydasına olan bir qərardır. Çünki bank xarici öhdəliklərdən azad olaraq daha bu öhdəliklərə xidmət etmir, bu öhdəlikləri dövlət ödəyir, bank isə güclənməyə, inkişafa, digər strateji məqsədlərinə fokuslanır. Nəticədə müştərilərimizin bankı daha sağlam və güclü maliyyə institutuna çevrilir.

İlk gündən bütün kommunikasiyamızda bu mesajı verməyə çalışmışıq və mən çox şadam ki, bütün müştərilərimiz bunu anlayışla qarşıladılar. Bəzi KİV-lərdə həqiqəti əks etdirməyən yazılar çıxsa da, müştərilərimiz "Azərbaycan Beynəlxalq Bankı"na olan loyallıqlarını nümayiş etdirdilər.

-Könüllü restrukturizasiya qərarı elan olunduqdan sonra beynəlxalq reytinq agentlikləri, konkret "Fitch" və "Moody's" "Azərbaycan Beynəlxalq Bankı"nın reytinqlərini aşağı saldı...

- Beynəlxalq reytinq agentliklərinin açıqlamalarına bankın verdiyi şərhdə də qeyd etdiyimiz kimi, bu, normal bir praktikadır və bizim üçün gözlənilən qərardır. Belə bir hal, xarici ölkələrdə eyni prosesi keçmiş maliyyə qurumlarının təcrübəsində də baş verir. Adətən, restrukturizasiya prosesi dövründə maliyyə qurumlarının reytinqləri qısa müddətdə aşağı düşür və proses başa çatdıqdan sonra reytinqlər yenidən bərpa olunur. "Azərbaycan Beynəlxalq Bankı"nın reytinqlərinin aşağı salınması da müvəqqəti xarakter daşıyır. Restrukturizasiya prosesi başa çatdıqdan sonra "Azərbaycan Beynəlxalq Bankı"nın reytinqlərinin yenidən yüksəldiyini görəcəyik. Reytinq agentlikləri özləri də hesabatlarında bunu qeyd ediblər.

-"Azərbaycan Beynəlxalq Bankı"nın törəmə banklarının, "ABB–Moskva"nın və "ABB-Gürcüstan"ın da xarici öhdəlikləri restrukturizasiya ediləcəkmi?

- Artıq qeyd etdiyim kimi, "Azərbaycan Beynəlxalq Bankı"nın fiziki və korporativ müştəriləri restrukturizasiya prosesinin tərkib hissəsi olmadığı kimi, bizim törəmə müəssisələrimizə də bu proses şamil olunmur. "Azərbaycan Beynəlxalq Bankı"nın törəmə banklarının öhdəliklərinin strukturunda xarici kreditorlar yoxdur. "ABB–Moskva"nın və "ABB-Gürcüstan"ın 2016-cı il üzrə maliyyə nəticələri bu bankların saytında yerləşdirilib. Həmin nəticələrə nəzər yetirsəniz, görərsiniz ki, hər iki törəmə bankımızın maliyyə durumunun adekvatlığı onların fəaliyyət göstərdiyi Rusiya və Gürcüstanın mərkəzi banklarının müəyyən etdiyi normativ tələblərdən dəfələrlə yaxşıdır. Ona görə də bu bankların hər hansı xarici öhdəliklərinin restrukturizasiyasından söhbət gedə bilməz. Onlar fəaliyyətlərini normal qaydada davam etdirirlər.

-Ötən həftəsonu "Azərbaycan Beynəlxalq Bankı" ilə bağlı bir sensasion məlumat da bankın, xarici öhdəliklərin restrukturizasiyası qərarı ilə bağlı Nyu-York məhkəməsinə müraciət etməsindən ibarət oldu. Bu sual bir çoxları üçün hələ də anlaşılmaz qalır: niyə başqa bir ölkə yox, məhz Amerika məhkəməsi?

- "Niyə Amerika məhkəməsi" sualının iki cavabı var: birincisi "Azərbaycan Beynəlxalq Bankı"nın heç də dünyanın bütün ölkələrində əhəmiyyətli aktivləri yoxdur, amma ABŞ-da müəyyən həcmdə aktivləri var. Bank xarici müxbir hesablarındakı vəsaitləri ABŞ dolları ilə saxlayır.

Yenə soruşa bilərsiniz, niyə başqa ölkələrin valyutaları ilə yox?! Məsələ burasındadır ki, dünyada aparılan mübadilə əməliyyatlarının 87 faizindən çoxu məhz ABŞ dolları ilə baş verir. Bu səbəbdən banklar xarici ölkələrdəki aktivlərini ABŞ dolları ilə saxlayırlar. Ona görə də "Azərbaycan Beynəlxalq Bankı" xarici öhdəliklərinin restruturizasiyası prosesinin ABŞ-da tanınması və bu səbəbdən kreditorlar tərəfindən ABŞ məhkəmələri vasitəsilə onun aktivlərinə qarşı iddia qaldırılmasının qarşısının alınması məqsədilə Nyu-York məhkəməsinə müraciət etdi və bu müraciətimiz məhkəmə tərəfindən təmin olundu. Bu da bütün dünyada restrukturizasiya proqramının ayrılmaz hissəsidir.

"Niyə Amerika məhkəməsi?" sualının ikinci cavabı isə bundan ibarətdir ki, bizim restrukturizasiya predmeti olan xarici öhdəliklərimiz arasında ABŞ qanunvericiliyinə əsasən bağlanmış əqdlər də var. Ona görə bu ölkənin məhkəməsinə müraciət etmişik. Əslində Nyu-York məhkəməsinin qərarı bizim maraqlara cavab verir.

- Restrukturizasiya qərarı elan olundu, fikirlər, rəylər açıqlandı, maraqlıdır, indi bundan sonra nə baş verəcək?

- Restruktruzizasiya planı var, bu sənəd bankın saytında yerləşdirilib, ona uyğun addımlar atılacaq. Növbəti mərhələdə mayın 23-də Londonda xarici kreditorlarla görüş keçiriləcək. Qanuna uyğun olaraq müvafiq səs çoxluğu əsasında adekvat qərarlar qəbul ediləcək. Kreditorların hər hansı qərara səs verməsindən ötrü ən mühüm amil, təbii ki, tətbiq ediləcək planın ədalətli olmasıdır. Bu da qarşılıqlı danışıqlardan asılı olan məsələdir. Mayın 23-də xarici kreditorlarımızla müzakirələr aparacağıq və Azərbaycan dövlətinin bu vəsaitləri nə zaman, hansı şərtlərlə qaytarması barədə razılaşmalar əldə ediləcək.

-Söhbət nə qədər kreditordan gedir?

- Xarici öhdəliklərin könüllü restrukturizasiyası prosesi, ümumilikdə 37 əqdi əhatə edir.

-Bu günlərdə mətbuatda "Azərbaycan Beynəlxalq Bankı"nın xarici kreditorlardan biri qarşısındakı 100 milyon dollarlıq öhdəliyini yerinə yetirməkdən imtina etməsi xəbəri yayıldı...

- Bu, qeyd etdiyimiz həmin 37 əqddən biridir. Bütün dünyada qəbul edilmiş işgüzar təcrübə var ki, restrukturizasiya qərarı elan olunduqdan sonra bank bir kreditor qarşısında öhdəliklərini yerinə yetirib, digərinin ödənişlərindən imtina edə bilməz. Bu zaman, o biri kreditorlarımızın maraqlarına xələl gətirmiş olarıq. Mayın 23-də keçirilən görüşdən sonra həmin kreditorumuz qarşısındakı öhdəliklərlə bağlı məsələ də müsbət həllini tapacaq.

-"Azərbaycan Beynəlxalq Bankı"nın gələcək planları nədən ibarətdir?

- Hazırda bankın sağlamlaşdırılması prosesinin növbəti mərhələsinə paralel olaraq bir sıra strateji layihələr yerinə yetirilir. Bankın filiallarında biznes prosesləri optimallaşdırılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər fəaliyyətin çevikliyini, effektivliyini, ən əsası isə müştərilərimizə daha keyfiyyətli xidməti təmin edəcək.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" 15 iyul 2015-ci il tarixli Fərmanına uyğun olaraq restrukturizasiya prosesi başa çatdıqdan sonra bankın özəlləşdirilməsinə hazırlıq başlanacaq. Özəlləşdirməyə hazırlıq kifayət qədər böyük bir layihədir və bu, bankın gələcəyə baxan aydın strategiyaya malik olmasını tələb edir. Çünki potensial investorlar bankın necə mənfəət qazanacağını bilmək istəyəcəklər. Restrukturizasiya bitdikdən sonra biz belə bir strategiyanı hazırlayıb bankın səhmdarlarına təqdim edəcəyik və strategiyanın təsdiqindən sonra dərhal onun icrasına başlanacaq.

Hazırda bankın institusional inkişafı istiqamətində işlər gedir. Bir sıra strateji istiqamətlərdə komandaya yeni peşəkar üzvlər cəlb olunur. Bizim üçün xoşdur ki, elan etdiyimiz vakansiyalar böyük maraqla qarşılanır. Bank sektorunda kifayət qədər təcrübəsi olan bir çox peşəkarlar bizimlə birgə çalışaraq "Azərbaycan Beynəlxalq Bankı"nın uğur hekayəsinin bir hissəsi olmağa həvəs göstərirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub

® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xocavəndlilər baharın gəlişini yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 309 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI