MƏDƏNİYYƏT


Xalq Artisti Adil Bağırovun 80 illik yubileyi qeyd olunub

Bakı, 29 iyun, Flora Şükürova, AZƏRTAC

İyunun 29-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziya və Radiosunun Əhsən Dadaşov adına “Xatirə” Xalq Çalğı Alətləri ansamblının bədii rəhbəri Adil Bağırovun anadan olmasının 80 və səhnə fəaliyyətinin 60 illik yubileyi qeyd edilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Televiziyası, “Mədəniyyət” kanalı və Azərbaycan Radiosunun təşkilatçılığı ilə təşkil olunub.

Gecənin aparıcısı, Əməkdar Artist Azad Şükürov bildirib ki, 1961–ci ildə Azərbaycan Televiziyası və Radiosunun rəhbərliyi tərəfindən tarzən Əhsən Dadaşova xalq çalğı alətləri ansamblı yaratmaq təklif edilib. Həmin il yaradılmış ansambla bir sıra tanınmış musiqiçilər cəlb olunub. Əməkdar Artist Əhsən Dadaşov bu ansambla 1976–cı ilədək rəhbərlik edib. Onun vəfatından sonra həmin kollektivə “Xatirə” ansamblı adı verilib.

Diqqətə çatdırılıb ki, 1976-cı ildən indiyədək bu ansambla Xalq Artisti Adil Bağırov rəhbərlik edir. Azərbaycan bəstəkarlarının əksəriyyəti bu kollektivlə birgə bir çox mahnılarını yazdırıb, radiomuzun musiqi fonotekasını xeyli zənginləşdiriblər. Ansambl xarici ölkələrdə və respublikamızın bir sıra bölgələrində qastrol səfərlərində olub.

Tədbir konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.