MƏDƏNİYYƏT


Xalq Artisti Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baleti maraqla qarşılanıb

Bakı, 20 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Xalq Artisti, bəstəkar və dirijor Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baleti təqdim olunub.

AZƏRTAC xəbər verir ki, səhnə əsəri görkəmli bəstəkarın 110 illiyi çərçivəsində nümayiş olunub.

Səhnə əsərində rolları Xalq Artisti Gülağası Mirzəyev, Əməkdar artistlər Tamilla Məmmədzadə və Makar Ferştandt ifa edib.

Tamaşanın dirijoru Xalq Artisti, professor Cavanşir Cəfərovdur.

Qeyd edək ki, “Qız qalası”nın ilk nümayişi 1940-cı il aprelin 16-da baş tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.