MƏDƏNİYYƏT


Xalq Artisti Ağaxan Abdullayev vəfat edib

A+ A

Bakı, 25 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Xalq Artisti Ağaxan Abdullayev uzun sürən xəstəlikdən sonra vəfat edib.

AZƏRTAC xəbər verir ki, 1950-ci ildə Bakının Əmircan kəndində anadan olan Xalq Artisti Ağaxan Abdullayev 1969-1973-cü illərdə A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. 1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub, 1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışıb.

Muğam ustası 1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb. Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyə, İran və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib. 1992-ci ildə “Əməkdar Artist”, 1998-ci ildə “Xalq Artisti” fəxri adlarına layiq görülüb, Prezident təqaüdçüsü olub. 2000-ci ildə pedaqoji fəaliyyətinə görə Təhsil Nazirliyi Kollegiyasının Fəxri fərmanı, ötən il mayın 10-da isə Heydər Əliyev Fondunun “Qızıl çinar” beynəlxalq mükafatı ilə təltif edilib.

Xalq artistinin vida mərasiminin yeri və dəfn yeri sabah məlum olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.