MƏDƏNİYYƏT


Xalq Artisti Alim Qasımov və qızı Fərqanə Qasımova Londonda konsert proqramı ilə çıxış edib

A+ A

London,  15 iyul, AZƏRTAC

Azərbaycanın Xalq Artisti Alim Qasımov və qızı, Əməkdar Artist Fərqanə Qasımova Londonun “Wiqmore” konsert salonunda geniş konsert proqramı ilə çıxış ediblər.

AZƏRTAC  xəbər verir ki, ​konsertdə ənənəvi olaraq, bir sıra muğamlar, təsniflər və müxtəlif bəstəkar mahnıları səsləndirilib. Konsertdə xanəndələri Rauf İslamov, Rəfael Əsgərov, Cavidan Nəbiyev və Zəki Vəliyev müşayiət edib.

Xatırladaq ki, səfər çərçivəsində dünya şöhrətli muğam ustası İngiltərənin SOAS Universitetində ustad dərsləri keçib.

Orxan İsmayılov

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.