MƏDƏNİYYƏT
Xalq Artisti Arif Məlikovun əsərləri səsləndirilib
Bakı, 15 sentyabr, AZƏRTAC
R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında görkəmli bəstəkar, Xalq Artisti Arif Məlikovun anadan olmasının 83 illiyinə həsr olunmuş konsert proqramı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, bəstəkarın musiqi əsərlərindən ibarət olan konsert proqramı dirijor Cavad Tağızadənin rəhbərliyi və AzTV-nin Tofiq Əhmədov adına Estrada Simfonik Orkestrinin müşayiəti ilə keçirilib. Musiqi əsərləri Əməkdar Artist, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Ramil Qasımovun ifasında səslənib.
Konsertdə bəstəkarın “Dənizdə ay çiməndə”, “Gözlərinin dünyası”, “Günəş”, “Təzə ilim”, “Necədə xoşbəxtəm”, “Yaşatdı məni”, “Sən bizə təbiət oyananda gəl”, “Azərbaycan”, “Qonaq gəl bizə” və başqa musiqi əsərləri səsləndirilib.
Konsert proqramı maraqla qarşılanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]
Görkəmli xanəndə Əlibaba Məmmədovun xatirəsi anılıb
Almaniyada əsgər çatışmır
- [16:32]
BDU-da “Türk otağı” açılıb
- [16:13]
Xocalı al lalələrlə bəzənib FOTO
- [15:39]