MƏDƏNİYYƏT


Xalq Artisti Azər Zeynalov Belarus teatrında çıxış edəcək

Bakı, 11 fevral, AZƏRTAC

Fevralın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq Artisti, professor Azər Zeynalov Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının səhnəsində çıxış edəcək.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, A.Zeynalov italyan bəstəkarı R.Leonkovallonun “Payatsı” operasında əsas partiyalardan biri - Kanio partiyasını ifa edəcək.

Milli vokal sənətimizin istedadlı nümayəndələrindən biri olan Xalq Artisti 20 ildən artıqdır ki, Opera və Balet teatrının səhnəsində çıxış edir. O, milli və klassik opera tamaşalarında bir çox parlaq obrazlar (Balaş, Əsgər, Məşədi İbad, Xasay bəy, Alfred, Kanio, Kavaradossi və digər) yaradıb. Kanio obrazı onun çox sevdiyi və böyük ustalıqla ifa etdiyi vokal obrazlardandır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.