MƏDƏNİYYƏT


Xalq Artisti Cövdət Hacıyevin əsərlərindən ibarət konsert olub

Bakı, 14 iyun, Zərəngiz Mansurova, AZƏRTAC

İyunun 14-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, Xalq Artisti Cövdət Hacıyevin 100 illiyinə həsr edilmiş konsert olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarova görkəmli bəstəkar Cövdət Hacıyevin yaradıcılığından söhbət açıb, onun füsunkar musiqisinin Azərbaycan mədəniyyətinə töhfə olduğunu bildirib. Bəstəkarın Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi incilərdən və əvəzolunmaz şəxsiyyətindən danışaraq, onun tələbəsi olduğu üçün özünü xoşbəxt sandığını söyləyib.

Tədbirdə Azərbaycan Dövlət Televiziyası və Radiosunun C.Cahangirov adına xoru, bəstəkarın adını daşıyan 3 nömrəli onbirillik musiqi məktəbinin, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Cövdət Hacıyevin əsərlərini səsləndiriblər. Konsertdə, həmçinin bəstəkarın xatirəsinə həsr edilmiş əsərlər ifa olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.