MƏDƏNİYYƏT


Xalq Artisti Fərhad Bədəlbəylinin bəstəsinə klip çəkilib

A+ A

Bakı, 17 avqust, AZƏRTAC

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) məzunu, vokalçı Nigar Nazim “Dua-Ave Maria” mahnısına klip çəkdirib. Mahnının müəllifi BMA-nın rektoru, Xalq Artisti Fərhad Bədəlbəylidir.

AZƏRTAC xəbər verir ki, çəkiliş qrupuna rejissor Elvin Mirzəyev, operator və prodüser Həmid Mehrəfruz (İran), aranjemançı Etibar Əsədli, icraçı prodüser və fotoqraf Nərminə Həsənova daxildir.

Klip dünyanı bürümüş müharibə, terrorizm və iztirablara qarşı mübarizədən bəhs edir. Klipdə eşidilən azan və muğam sədaları ilahi melodiyaları musiqinin təsiri ilə daha da gücləndirilir. Çəkilişlər Abşeron və Buzovnada aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.