MƏDƏNİYYƏT


Xalq Artisti Fuad Poladov ilk dəfə romantik komediya filmində

A+ A

Bakı, 15 sentyabr, AZƏRTAC

Tammetrajlı romantik komediya janrında ekranlaşdırılan “Nazlı” filminin çəkilişləri davam edir.

AZƏRTAC xəbər verir ki, quruluşçu rejissoru Rəhman Rafiqoğlu olan ekran əsərində Xalq Artisti Fuad Poladov da çəkilir. Bununla da F.Poladov ilk dəfə romantik komediya filmində rol alıb.

Bundan əlavə, filmdə Xalq artistləri Arif Quliyev, Məbud Məhərrəmov, Əməkdar artistlər Mehriban Xanlarova, Naidə Orucova, Fərid Əliyev, aktyorlar Sadiq Əhmədov, Eldar Bağırbəyov, Xatirə Süleymanova, Şahin Sərkərov, Azər Aydəmir, Nigar İbrahimova, gənc debütant aktyor Murad Əzimov və digər aktyorları görmək olacaq.

Qeyd edək ki, filmin ssenari müəllifi Rəhman Rafiqoğlu və Tural Fitat, quruluşçu operator Əli Sultanov, baş prodüseri Murad Məhərrəmlidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.