MƏDƏNİYYƏT
Xalq Artisti Həbib Bayramovun xatirəsi anılacaq
Bakı, 30 noyabr, AZƏRTAC
Dekabrın 6-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan ifaçılıq sənətinin görkəmli nümayəndəsi, məşhur tarzən, Xalq Artisti Həbib Bayramovun 90 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi təşkilatçılığı ilə gerçəkləşəcək tədbirdə sənətkarın həyat və yaradıcılığından, milli musiqimizin formalaşmasındakı xidmətlərindən danışılacaq.
Tədbir çərçivəsində unudulmaz tarzənin sənət yolunu əks etdirən fotosərgi də açılacaq.
Gecədə respublikanın tanınmış ifaçılarının iştirak etdiyi konsert proqramı təqdim olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]
Bakıda Qırğız kino günlərinin açılışı olub
- 24.04.2024 [08:00]