MƏDƏNİYYƏT


Xalq Artisti Həbib Bayramovun xatirəsi yad ediləcək

A+ A

Bakı, 25 noyabr, AZƏRTAC

Noyabrın 29-da Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycan ifaçılıq sənətinin görkəmli nümayəndəsi, məşhur tarzən, Xalq Artisti Həbib Bayramovun 90 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və muzeyin birgə təşkilatçılığı ilə gerçəkləşəcək tədbirdə sənətkarın həyat və yaradıcılığından, milli musiqimizin inkişafındakı xidmətlərindən danışılacaq.

Tədbir çərçivəsində unudulmaz tarzənin sənət yolundan bəhs edən fotosərgi açılacaq və respublikanın tanınmış ifaçılarının iştirakı ilə konsert proqramı təqdim olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.