MƏDƏNİYYƏT


Xalq Artisti İsmayıl Dağıstanlı yad olunacaq

Bakı, 24 yanvar, AZƏRTAC

Yanvarın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, Xalq Artisti İsmayıl Dağıstanlının 110 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı, Akademik Milli Dram Teatrı və Azərbaycan Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Tədbirdə unudulmaz sənətkarın kino və teatr fəaliyyətindən danışılacaq, onun Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri vurğulanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.