MƏDƏNİYYƏT


Xalq Artisti Məhluqə Sadıqovanın xatirəsi yad olunub

Bakı, 20 may, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino xadimi, Xalq Artisti Məhluqə Sadıqovanın xatirəsinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə baş tutub.

Xatirə gecəsində Məhluqə Sadıqovanın Azərbaycan teatr və kinosunun inkişafındakı xidmətlərindən danışılıb, onun yaratdığı obrazlar qalereyasına nəzər salınıb.

Vurğulanıb ki, o, Akademik Milli Dram Teatrında üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün janrlarda hazırlanmış tamaşalarda iştirak edib. Aydın və səlis diksiyası, ifadəli səhnə danışığı aktrisanın oynadığı rollara dolğunluq və bütövlük gətirib.

Bildirilib ki, M.Sadıqova 1936-cı il sentyabrın 27-də Akademik Milli Dram Teatrının truppasına götürülüb və 54 il bu sənət ocağında çalışıb. Aktrisa onlarla tamaşada bir-birindən maraqlı və yaddaqalan obrazlar qalereyası yaradıb, tamaşaçı qəlbinə böyük sevgi ilə nüfuz edib.

Eyni zamanda, aktrisa qırx ildən çox radionun “Bulaq” folklor-etnoqrafik verilişinin əvəzsiz ifaçılarından biri olub.

Tədbir unudulmaz aktrisanın xatirəsinə həsr olunan “Nazirin xanımı” tamaşasının nümayişi ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.