MƏDƏNİYYƏT


Xalq Artisti Murad Adıgözəlzadə Vladimir Qubernator Simfonik Orkestri ilə birgə çıxış edəcək

A+ A

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq Artisti Murad Adıgözəlzadə Rusiya Federasiyasının Vladimir Vilayəti Klassik Musiqi Mərkəzində V.Motsartın əsərlərindən ibarət konsert proqramı ilə çıxış edəcək.

AZƏRTAC Klassik Musiqi Mərkəzinin saytına istinadla xəbər verir ki, Murad Adıgözəlzadə Rusiya Federasiyası Vladimir Vilayəti Qubernator Simfonik Orkestri və Mixail Lidski (fortepiano) ilə birgə çıxış edəcək. Ətraflı məlumatı aşağıdakı linkdən oxumaq olar: http://vgso.ru/?menu=news&number=354

Oktyabrın 20-də isə müvafiq konsert P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının S.Raxmaninov zalında davam edəcək. Bu barədə məlumat Moskva Dövlət Konservatoriyasının saytında da yer alıb.

Hər iki konsertə Artyom Martin dirijorluq edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.