MƏDƏNİYYƏT


Xalq Artisti Nəcibə Məlikovanın xatirəsi yad ediləcək

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC

Noyabrın 30-da Dövlət Film Fondunda Xalq Artisti Nəcibə Məlikovanın anadan olmasının 95 illiyi münasibətilə xatirə gecəsi keçiriləcək.

Dövlət Film Fondundan AZƏRTAC-a bildirilib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə reallaşacaq.

Gecədə aktrisanın həyat və yaradıcılığından, sənət fəaliyyətindən, kino və teatr sənətindəki xidmətlərindən danışılacaq.

Qeyd edək ki, Nəcibə Məlikova yaratdığı bütün obrazları professionallıqla canlandırıb. Böyük tamaşaçı sevgisi qazanan N.Məlikova “Şeyx Sənan”, “Səyavuş”, “Pəri cadu”, “Aydın”, “1905-ci ildə”, “Sevil”, “Əliqulu evlənir”, “Kimdir müqəssir?” və digər onlarla səhnə əsərində çıxış edib. Bunlarla yanaşı “Ögey ana”, “Aygün”, “Arşın mal alan” və “Əhməd haradadır?” filmlərində oynadığı rollarla sənətinə ölməzlik qazandırıb. 1992-ci il iyulun 27-də vəfat edən aktrisa ikinci Fəxri xiyabanda dəfn olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.