MƏDƏNİYYƏT


Xalq Artisti Nəsibə Zeynalovanın çəkildiyi filmlər nümayiş olunacaq

A+ A

Bakı, 22 noyabr, AZƏRTAC

Nizami Kino Mərkəzində Xalq Artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi ilə əlaqədar görkəmli gülüş ustasının çəkildiyi filmlərin nümayişi keçiriləcək.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, milyonlarla insanın ürəyini fəth etmiş aktrisa Nəsibə Zeynalova filmlərdə yaratdığı obrazlarla bir daha tamaşaçılarını sevindirəcək.

Noyabrın 23-də “Bəyin oğurlanması”, 24-də “Bizim Cəbiş müəllim”, 25-də “Qanun naminə”, 26-da isə “Qaynana” filmləri şəhər sakinlərinə və qonaqlarına təqdim olunacaq.

Filmlərə giriş sərbəstdir. Seansların saatı barədə Kino Mərkəzdən (Tel: (012) 493 28 18) məlumat almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.