MƏDƏNİYYƏT


Xalq Artisti Ramiz Əzizbəylinin şəxsi sənədləri Dövlət Ədəbiyyat və İncəsənət arxivinə qəbul olunub

A+ A

Bakı, 8 avqust, AZƏRTAC

Xalq Artisti Ramiz Əzizbəylinin şəxsi sənədləri S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət arxivinə qəbul olunub.

Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, Ramiz Əzizbəylinin qəbul olunmuş sənədləri sırasında onun əlyazmaları, təsviri sənədləri, yaradıcılığına aid sənədlər, afişalar və s. vardır.

Arxivə qəbul edilən sənədlərin Milli Arxiv Fonduna daxil edilməsi üçün müvafiq qaydada rəsmiləşdirmə işləri aparılmaqdadır.

Qeyd edək ki, kinorejissor və aktyor, Xalq Artisti, “Hacı Zeynalabdin Tağıyev” və “Qızıl Buta” mükafatları laureatı Ramiz Əzizbəyli 1987-ci ildə lentə aldığı “Pirverdinin xoruzu” qısametrajlı bədii filmi ilə rejissorluq fəaliyyətinə başlayıb. Film bir neçə beynəlxalq kinofestivallarda müvəffəqiyyətlə iştirak edib. Kiyevdə keçirilən ümumittifaq festivalında isə rejissor debütünə görə mükafata layiq görülüb. 1991-ci ildə isə “Bəxt üzüyü” tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və müasir tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb. Film Daşkənddə keçirilən Asiya və Latın Amerikası ölkələrinin kinofestivalında xüsusi diploma layiq görülüb. Rejissoru olduğu “Yalan” bədii filmi isə Qarabağ probleminə, onun törətdiyi faciələrə həsr edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.