MƏDƏNİYYƏT


Xalq Artisti Ramiz Mustafayevin “Vaqif” operası yeni quruluşda

A+ A

Bakı, 19 noyabr, AZƏRTAC

Noyabrın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Xalq Artisti, unudulmaz bəstəkar Ramiz Mustafayevin “Vaqif” operasının premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yeni quruluşda təqdim olunacaq səhnə əsərinin nümayişi bəstəkarın 90 illiyinə həsr olunub.

Tamaşada teatrın aparıcı solistlərindən Xalq Artisti Əli Əsgərov, Əməkdar artistlər Ramil Qasımov, İlahə Əfəndiyeva, Əkrəm Poladov, Fərid Əliyev, Cahangir Qurbanov, İlkin Əhmədov, gənc solistlər Taleh Yahyayev, Tural Ağasıyev və Səbinə Əhmədova çıxış edəcəklər.

Tamaşanın dirijoru Xalq Artisti, professor Cavanşir Cəfərov, quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev, xormeysteri Əməkdar İncəsənət Xadimi Sevil Hacıyeva, konsertmeysteri Aysel Məlikovadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.