MƏDƏNİYYƏT


Xalq Artisti Ramiz Mustafayevin anadan olmasının 90 illiyi qeyd olunacaq

A+ A

Bakı, 5 noyabr, AZƏRTAC

Noyabrın 24-ü və 25-də M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında milli musiqi sənətimizin tanınmış nümayəndələrindən biri, Xalq Artisti Ramiz Mustafayevin anadan olmasının 90 illiyinə həsr olunmuş xatirə gecəsi təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq tədbirdə bəstəkarın həyat və yaradıcılığı ilə yanaşı, Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərindən və sənət fəaliyyətindən danışılacaq.

Yubiley tədbiri konsert proqramları ilə davam edəcək.

Qeyd edək ki, “Vaqif”, “Polad”, “Aydın”, “Şirin”, “Xan və əkinçi”, “Tərs keçi” operalarının müəllifi olan R.Mustafayev 1968–1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində çalışıb. Baletdən başqa bütün musiqi janrlarına müraciət edən bəstəkar 6 opera, 6 musiqili komediya, 9 oratoriya, kantata, 8 simfoniya, 300-dən çox mahnı və romansın və müxtəlif səpkili instrumental əsərin müəllifi kimi tanınır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.