MƏDƏNİYYƏT


Xalq Artisti “Sevil” operasında Balaş obrazını canlandıracaq

A+ A

Bakı, 19 oktyabr,  AZƏRTAC

Noyabrın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Sevil” operası növbəti dəfə səhnəyə qoyulacaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhnə əsərində ilk dəfə olaraq Balaş obrazını Xalq Artisti Samir Cəfərov ifa edəcək. Onun səhnədə tərəf müqabilləri İlahə Əfəndiyeva, İnarə Babayeva, Səbinə Vahabzadə, Cahangir Qurbanov, Əkrəm Poladov və başqaları olacaq.

Tamaşanı dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.