MƏDƏNİYYƏT


Xalq Artisti Yaqub Məmmədovun xatirəsi anılacaq

Bakı, 12 iyun, AZƏRTAC

İyunun 16-da Beynəlxalq Muğam Mərkəzinin və “Mədəniyyət” kanalının birgə layihəsi çərçivəsində görkəmli xanəndə, Xalq Artisti Yaqub Məmmədova həsr edilmiş xatirə gecəsi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbirdə Xalq Artisti Simarə İmanova, Əməkdar artistlər Qəzənfər Abbasov, Nuriyyə Hüseynova, Teyyub Aslanov, Sevinc Sarıyeva, Firuz Səxavət, Əsgər Əhmədov, Elza Qaybalıyeva, xanəndələr Cabir Abdullayev, Hüseyn Məlikov və Ramiq Bayramov ifa edəcəklər.

Qeyd edək ki, Qarabağ torpağında boya-başa çatmış Yaqub Məmmədov görkəmli xanəndə Seyid Şuşinskidən xanəndəlik sənətinin sirlərini öyrənib. Yüksək ifaçılıq mədəniyyətinə malik xanəndə gözəl səsi, təkraredilməz oxuma tərzi ilə diqqəti cəlb edib. O, bütün muğam dəsgahlarının gözəl bilicisi olmaqla yanaşı, həm də Azərbaycan poeziyasını dərindən bilib. Yaqub Məmmədov uzun illər Azərbaycan Dövlət Filarmoniyasında solist olub, konsertlərdə çıxış edib. Onun ifasında qrammafon vallarına yazılmış muğam dəsgahları bütün Yaxın və Orta Şərqdə yayılıb.

Ustad xanəndə kimi püxtələşmiş Yaqub Məmmədov sənətdə öz ənənələrini yaradıb. Öz dövrünün bir çox xanəndələri, eyni zamanda, yeni gələn nəsil onun yaradıcılığından bəhrələnib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.