MƏDƏNİYYƏT


Xalq Artisti Yaşar Nurinin xatirəsi anılacaq

A+ A

Bakı, 2 noyabr, AZƏRTAC

Noyabrın 15-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq Artisti Yaşar Nurinin anadan olmasının 65 illiyinə həsr olunmuş tədbir keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək tədbirdə sənətkarın həyat və yaradıcılığından, sənət fəaliyyətindən danışılacaq. Mərasimdə sənətkarın xatirəsinə həsr olunmuş fotosərgi açılacaq, vaxtilə iştirak etdiyi səhnə əsərlərindən fraqmentlər təqdim olunacaq.

Qeyd edək ki, teatr aktyoru kimi tanınan Y.Nuri, həm də məşhur kino ustasıdır. Onun böyük populyarlıq qazanan çoxlu ekran obrazları var. Sənətkar 50-dək bədii filmə çəkilməklə yanaşı, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada və satirik səhnəciklərdə iştirak edib, böyük tamaşaçı auditoriyası qazanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.