MƏDƏNİYYƏT


Xalq Artistinin yaradıcılıq gecəsi keçiriləcək

Bakı, 5 yanvar, AZƏRTAC

Yanvarın 13-də M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq Artisti, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, skripkaçı Zəhra Quliyevanın yaradıcılıq gecəsi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək gecədə sənətkarın həyat və yaradıcılığından danışılacaq, musiqi mədəniyyətinin inkişafındakı xidmətləri haqqında məlumat veriləcək.

Tədbir konsert proqramı ilə davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.