İQTİSADİYYAT
“Xalq Bank” təcili pul köçürmə sistemi ilə müştərilərə danışıq dəqiqələri hədiyyə edir
Bakı, 27 fevral, AZƏRTAC
Fevralın 23-dən iyunun 30-dək “Xalq Bank”ın filiallarında Western Union, Contact, Privat Money, Blizko, UPT və LİDER təcili pul köçürmələri sistemlərindən istifadə edən müştərilərə “Daha çox köçür, daha çox qazan!” aksiyası çərçivəsində mobil operatorların danışıq dəqiqələri hədiyyə edilir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, aksiyanın şərtlərinə görə təcili pul köçürmə sistemləri vasitəsilə 500 EUR/500 USD məbləğindən yuxarı pul köçürən və yaxud qəbul edən müştərilərin mobil telefonlarının balansına 1 manat məbləğində danışıq dəqiqələri hədiyyə olaraq yüklənəcək.
Təcili pulköçürmə sistemləri vasitəsilə dünyanın 200-dən artıq ölkəsinə pul göndərmək və ya almaq mümkündür. “Daha çox köçür, daha çox qazan” aksiyası “Xalq Bank”ın bütün filiallarında həyata keçirilir.
Ətraflı məlumatı bankın filiallarından, www.xalqbank.az internet səhifəsindən və ya 138 qısa nömrəsi ilə Məlumat Mərkəzindən əldə etmək olar.