MƏDƏNİYYƏT
Xalq Şairi Nəbi Xəzrinin poeziyası həmişəyaşardır
Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 19-da Azərbaycan Dillər Universitetində (ADU) Xalq Şairi Nəbi Xəzrinin 90 illik yubileyinə həsr olunan tədbir keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, tədbir Prezident İlham Əliyevin “Nəbi Xəzrinin 90 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 25 iyun tarixli Sərəncamına əsasən reallaşıb.
Universitetin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Fəridə Səfiyeva Xalq Şairinin həmişəyaşar poeziyasından söz açıb.
Filologiya və jurnalistika fakültəsinin tələbələri şairin ömrünün müxtəlif fəsillərində yaratdığı təkrarolunmaz sənət nümunələrindən bəhs ediblər.
Tədbirdə N.Xəzrinin həyat və fəaliyyəti barədə geniş məlumat verilib.
Sonra tələbələr tanınmış şairin “Torpağa sancılan qılınc” əsəri əsasında hazırlanmış tamaşadan səhnəciklər göstərib, şeirlərini söyləyib, sözlərinə bəstələnmiş mahnıları ifa ediblər.