MƏDƏNİYYƏT


Xalq Şairi Qabilin 90 illiyinə həsr olunmuş şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb

A+ A

Bakı, 28 noyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın Xalq Şairi Qabilin anadan olmasının 90 illiyinə həsr olunmuş şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqənin final mərhələsində iştirak edən hər bir iştirakçıya fəxri fərman və hədiyyələr təqdim olunub. Münsiflər heyətinin ümumi qərarına əsasən müsabiqənin qalibi seçilən 4 məktəbli oxucu isə eynidərəcəli diplomla təltif olunub.

Tədbirdə şairin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub, müsabiqənin qalibi seçilən oxucuların çıxışları dinlənilib, Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdlərinin ifaları dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.