MƏDƏNİYYƏT


Xalq Şairi Qabilin xatirəsi anılıb

A+ A

Bakı, 13 avqust, AZƏRTAC

Səbail rayon MKS-nin 3 nömrəli filialında Xalq Şairi Qabilin 90 illik yubileyinə həsr olunmuş “Xalqın, millətin şairi - Qabil” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə kitabxananın kollektivi və oxucuları iştirak edib.

Əvvəlcə şairin həyat və yaradıcılığı haqqında videoçarx nümayiş olunub.

Kitabxananın şöbə müdiri V.Cabbarova şairin həyat və yaradıcılığı haqqında qonaqlara ətraflı məlumat verib.

Bildirilib ki, unudulmaz poeziya ustası uşaq şairi kimi məşhur olmasa da, onun uşaqlar və yeniyetmələr üçün əsərlərindən ibarət “Nağaraçı” adlı kitabı, klassik ənənələrimizə əsaslanıb yeni məzmun aşıladığı minə yaxın rübailəri, “Nəsimi” məzmun romanı və bir sıra ədəbi məqalələri ayrıca kitabda nəşr edilib. Qeyd olunub ki, şairin əsərləri bir çox ölkə xalqlarının dillərinə çevrilib.

Sonda qonaqlar Xalq Şairinin həyat və yaradıcılığına həsr olunmuş sərgi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.