MƏDƏNİYYƏT
Xalq Şairi Söhrab Tahiri son mənzilə yola salındı
Bakı, 5 may, Zərəngiz Mansurova AZƏRTAC
Mayın 5-də Təzəpir məscidində müasir Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, Xalq Şairi Söhrab Tahiri ilə vida mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sənətkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu.
Cənazənin ətrafına Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi (AYB), müxtəlif idarə və təşkilatların adından əklillər, tər qızılgüllər düzülmüşdü.
Söhrab Tahirinin qələm dostları, poeziya sevərlər, tanınmış elm və mədəniyyət xadimləri Təzəpir məscidinə gələrək görkəmli şairə və gözəl insana son borclarını veriblər.
Sonra görkəmli şair son mənzilə yola salınıb.
Mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [22:41]
Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub
- 19.04.2024 [21:42]
Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir
- 19.04.2024 [20:37]
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO
- 19.04.2024 [18:06]
“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub
- 19.04.2024 [15:52]
Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...
- 19.04.2024 [15:37]