MƏDƏNİYYƏT


Xalq Yazıçısı İsa Muğannanın xatirəsi anılıb

Bakı, 13 iyun, Zərəngiz Mansurova, AZƏRTAC

“Hədəf Nəşrləri” və Qazax Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə Xalq Yazıçısı İsa Muğannanın məzarı ziyarət olunub.

AZƏRTAC xəbər verir ki, “Hədəf Nəşrləri”nin direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq, Qazax Xeyriyyə Cəmiyyətinin üzvləri, Muğanna oxucuları yazıçının Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

Akademik Nizami Cəfərov, filologiya elmləri doktoru Rüstəm Kamal, Qazax Xeyriyyə Cəmiyyətinin sədri, texnika elmləri doktoru, professor İlham Pirməmmədov və başqaları Xalq Yazıçısı İsa Muğannanın həyat və yaradıcılığı haqqında fikirlərini bölüşüblər.

Bildirilib ki, 1948-ci ildən ədəbi fəaliyyətə başlamış İsa Muğannanın “Anadil oxuyan yerdə” yazısı ilk dəfə 1949-cu ildə “İnqilab və mədəniyyət” qəzetində çap edilib. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. Ssenariləri əsasında “26 Bakı Komissarı”, “Nəsimi”, “Ulduzlar sönmür” və digər filmlər çəkilib, əsərləri xarici dillərə tərcümə olunub.

Tədbir çərçivəsində Şəmil Sadiqin ustad sənətkarın yaradıcılığına həsr edilmiş “İsa Muğanna yaradıcılığı “İdeal” işığında” monoqrafiyası oxuculara təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.