REGİONLAR


Xalq təqvimi: Qora bişirən ay

A+ A

Gəncə, 11 avqust, Rauf Hacıyev, AZƏRTAC

Tarixən Azərbaycanda müxtəlif təqvimlərdən istifadə olunub. Lakin heç bir təqvim ilin fəsillərini, ayları, günləri xalq təqvimində olduğu kimi dəqiq və düzgün ifadə edə bilməyib. Xüsusən baş verə biləcək təbiət hadisələrinin insanların uzunmüddətli müşahidələri əsasında daha düzgün izah edilməsi xalq təqviminin yaddaşlarda qorunmasına səbəb olub.

Xalq arasında yayın ən isti günlərinin keçdiyi sonuncu aya “qora bişirən”, yaxud “üzümə göz salan” ay deyirlər.

AMEA-nın Gəncə bölməsinin şöbə müdiri Ruziyyə Quliyeva AZƏRTAC-a bildirib ki, avqustun bu cür adlandırılması həmin ayda ölkəmizdə tarixən onlarla sortu becərilən süfrə üzümünün yetişməyə başlaması ilə əlaqədardır.

Ruziyə Quliyeva qeyd edib ki, üzüm salxımındakı yetişməmiş gilələr qora adlanır. Məhz avqust ayından etibarən qoralar tədricən saralmağa, yetişməyə başlayır. Ona görə də Azərbaycanın əsasən üzüm yetişdirilən bölgələrində insanlar avqusta “qora bişirən”, yaxud “üzümə göz salan” ay deyirlər.

Şöbə müdiri onu da əlavə edib ki, xalq təqviminə görə avqustun ikinci yarısı “quyruq doğan”, bəzi bölgələrdə “quyruq donan”, sentyabr isə “xəşil” ayı adlandırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.