MƏDƏNİYYƏT
Xalq yazıçısı İsa Muğannaya həsr olunan “Ün” poeması yeni kitabda
Bakı, 19 dekabr, AZƏRTAC
“Elm və təhsil” nəşriyyatında Azərbaycan Aşıqlar Birliyinin (AAB) sədri, xalq şairi Zəlimxan Yaqubun yeni, “Ün” kitabı işıq üzü görüb.
AAB-nin katibi Musa Nəbioğlunun AZƏRTAC-a verdiyi məlumata görə, Azərbaycanda Atatürk Mərkəzi tərəfindən nəfis tərtibatla çap olunan kitaba şairin xalq yazıçısı İsa Muğannaya həsr olunan “Ün” poeması daxil edilib.
Kitabakı “Ön söz”də Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov yazır: “İsa Muğanna mütəfəkkir nasir olduğu kimi, Zəlimxan Yaqub da mütəfəkkir şairdir. Və ona görə də Zəlimxan Yaqubun poetik-fəlsəfi interpretasiyasında İsa Muğanna həm bütün tərəfləri–miqyası, həm də daxili zənginliyi–dərinliyi ilə görünür”.
Kitabın redaktoru Dəyanət Osmanlıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:14]
Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]
Bakıda Qırğız kino günlərinin açılışı olub
- 24.04.2024 [08:00]