MƏDƏNİYYƏT
Xalq yazıçısı Qılman İlkinin anadan olmasından 101 il ötür
Bakı, 11 aprel, Zərəngiz Mansurova, AZƏRTAC
Bu gün xalq yazıcısı, görkəmli ədib Qılman İlkinin doğum günüdür.
AZƏRTAC xəbər verir ki, 1914-cü ilin aprelin 11-də Bakının Mərdəkan kəndində anadan olan Qılman İlkin Pedaqoji Universitetin dil-ədəbiyyat fakültəsini bitirdikdən sonra Bakı Dövlət Universitetində baş müəllim, "Azərbaycan" jurnalının baş redaktoru, "Uşaqgəncnəşr", "Azərnəşr" nəşriyyatlarının direktoru vəzifələrində çalışıb.
Yaradıcılığa “Yaralı şəhər” hekayəsi ilə başlayan görkəmli yazıçı "Qalada üsyan", "Şimal küləyi", "Hədiyyə", "Dağlı məhəlləsi", "Dəniz qapısı", "Madam Qədri" və s. kitabları ilə oxucuların rəğbətini qazanıb. "Kölgələr sürünür", "Yenilməz batalyon" bədii filmlərinin və bir neçə televiziya filminin ssenarisini də Qılman İlkin yazıb.
Görkəmli yazıçı xidmətlərinə görə bir çox fəxri adlar, orden və medallarla mükafatlandırılıb.
Yazdığı dəyərli əsərlərlə əbədiyaşarlıq qazanan yazıçı 2009-cu il noyabrın 6-da dünyasını dəyişib.