İQTİSADİYYAT
“Xalqlar Dostluğu” metro stansiyasının hər iki keçidində təmir işlərinə başlanılıb
Bakı, 10 fevral, Elvin Camalov, AZƏRTAC
Bakı Metropoliteninin “Xalqlar Dostluğu” stansiyasının hər iki keçidində təmir işlərinə başlanılıb.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AZƏRTAC-a bildirib.
“Xalqlar Dostluğu” metro stansiyasının hər iki keçidində təmir işləri gedir. Təmir prosesində keçidin divar və yerdəki mərmər üzlükləri dəyişdiriləcək. Bundan başqa, keçidlərdə mövcud olan bütün kommunikasiya xətləri yenilənəcək.
N.Paşayevin sözlərinə görə, keçidlərdə yalnız təmir işlərinin aparıldığı hissələr bağlanıb, sərnişinlərin giriş və çıxışına heç bir məhdudiyyət qoyulmayıb. Təmir işləri təxminən 2-3 ay davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]