DÜNYA


Xamneyi: İran hər zaman kütləvi qırğın silahının əleyhinə olub

A+ A

Tehran, 2 sentyabr AZƏRTAC

İran hər zaman kütləvi qırğın silahından istifadənin əleyhinə olub. Bu cür silahlardan istifadə dinimizə və inancımıza ziddir.

Bu sözləri İranın Ali Lideri Ayətullah Əli Xamneyi müdafiə sənayesi sərgisini ziyarət etdikdən sonra deyib.

Əli Xamneyi bildirib ki, bu gün dünyanı bürüyən terrorçuluğa qarşı möhkəm dayanmaq üçün İran müdafiə qabiliyyətini daha da möhkəmləndirməlidir. Bəzən terrorçuluqla mübarizə adı altında həyata keçirilən hərbi əməliyyatlardan sadə xalq ziyan çəkir. Böyük dövlətlər siyasi maraqları naminə xəstəxanaları, məktəbləri bombalamaqdan çəkinmirlər. Bütün bunların qarşısı alınmalı və sülh bərqərar edilməlidir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.