İDMAN


Xanlar Fətiyev yenidən Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti seçilib

A+ A

Bakı, 23 dekabr, AZƏRTAC 

Azərbaycan Üzgüçülük Federasiyasının hesabat-seçki konfransı keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransda Federasiyasının prezidenti vəzifəsinə səsvermə olub. Milli Məclisin deputatı, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev yenidən bu vəzifəyə seçilib. Beləliklə, o, 2017-2020-ci illərdə Federasiyaya rəhbərlik edəcək.

Xatırladaq ki, X.Fətiyev 2012-ci ilin iyulundan Azərbaycan Üzgüçülük Federasiyasının prezidentidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.